Bakının Yasamal rayonunda mənzildə yanğın olub. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Alışma ötən gün axşam saatlarında baş verib. Ümumi sahəsi 88 kv.m olan 3 otaqlı mənzilin mətbəxində mebel 0,5 p.m və paltaryuyan maşın yanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər 9 nəfər bina sakinini təxliyə ediblər. Yanğın söndürülüb, mənzilin qalan hissəsi alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.