Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, moped Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobilinə arxadan çırpılıb. Daha sonra digər “Toyota Prius” avtomobili qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyib.
Nəticədə mopedin sürücüsü və sərnişini xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_150191" align="alignnone" width="300"]
Foto APA[/caption]