Bakının Yasamal rayonunda kafeni qarət ediblər. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Novruzov, İ.Məmmədsoy və A.Əliyev saxlanılıblar.
Onlar iyulun 29-na keçən gecə kafelərin birinin kassasından 2300 manat pul oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.