Bakının Yasamal rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis Bölməsinə verilən məlumata görə, oktyabrın 20-də Bakı şəhər sakini olan iki qadının mobil telefonu oğurlanıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Q.Sultanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.