Report-un verdiyi məlumata əsasən, hadisə “Qaymaq” restoranında baş verib. Ümumilikdə ikimərtəbəli obyektin 2-ci mərtəbəsində 60 kv.m sahəyə ziyan dəyib, eləcə də 1-ci mərtəbədə təndirxana yanıb.
09:55 - Yasamalda obyektdə yanğın söndürülüb – YENİLƏNİB
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb.
09:39 - Yasamalda obyekt yanır
Yasamal rayonunda yanğın başlayıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Məhəmməd Xiyabani küçəsində qeydə alınıb. Ərazidə yerləşən obyektlərшn birində yanğın başlayıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri davam edir.