Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yaşayış binasının 13-cü mərtəbəsində baş verib. Ümumi sahəsi 119 kv.m olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti, kondisioner və dolab qismən yanıb.
10:15 - Yasamalda çoxmərtəbəli binada yanğın olub
Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma Əsəd Əhmədov küçəsində yerləşən Şərur MTK-nın binasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) və təcili tibbi yardımın əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə zamanı mənzildə heç kim olmayıb.
[caption id="attachment_134849" align="alignnone" width="640"]
Foto APA.az[/caption]