Bakının Yasamal rayonunda polis xidməti avtomobili yanıb. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Polis Mayoru Anar Qafarovun sözlərinə görə, park olunmuş post-patrul avtomobilində qısaqapanma olub. Nəticədə onun mühərrik hissəsi alışıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.