Bakının Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində minik avtomobili yük maşını ilə toqquşub. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Porsche” markalı avtomobil dönərkən yük maşınına çarpılıb. Qəza nəticəsində avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_115667" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]