Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qeyri-adi yol hadisəsi baş verib. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
“Chevrolet Cruze” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində sürücünün idarəetməsindən çıxan “Chevrolet” yolun kənarında park edilmiş “Renault” markalı minik avtomobilinin üstünə çıxıb.
Hadisə zamanı ciddi xəsarət alan olmayıb.