Bakının Yasamal rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Abbas Mirzə Şərifzadə ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. “Kia” markalı avtomobilin qadın sürücüsü idarəetməni itirərək yolayrıcındakı beton arakəsməyə çarpılıb.
Qəza nəticəsində xanım huşunu itirib. Sürücü təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Nəqliyyat vasitəsi evakuatorla cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_129832" align="alignnone" width="640"]
Foto APA.az[/caption]