Yasamal rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında baş verib. Avtomobil yolunu keçən 54 yaşlı Ziyafət Binnətovanı nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.