Bakının Yasamal rayonunda qadın metamfetaminlə saxlanılıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 34 yaşlı Nişanə Məmmədova saxlanılıb. Onun üzərindən 2 bükümdə 2,106 qram metamfetamin aşkarlanıb. Qadının narkotikləri şəxsi istifadəsi üçün aldığı məlum olub.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam edir.