Yasamal rayonunda restoranda dava baş verib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə “Papaq” restoranında qeydə alınıb. 23 yaşlı Aqil Yaqubov qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. Nəticədə o, bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.