Yasamal rayonunda yol qəzası sıxlığa səbəb olub. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə rayonun Əbdülvahab Salamzadə küçəsində baş verib. Qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Hazırda sıxlığın aradan qaldırılması istiqamətində işlər aparılır.