Yasamal rayonunda silsilə oğurluq qeydə alınıb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rasim Məmmədov rayon ərazisində müxtəlif vaxtlarda 3 evdən pul, qızıl-zinət əşyaları, bank kartı və sənəd oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.