Bakının Yasamal rayonunda bir nəfərin telefonu soyğunçuluq yolu ilə talanıb. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, rayon ərazisində iki naməlum şəxs vətəndaşdan 200 manat dəyərində mobil telefonu soyğunçuluq yolu ilə əlindən alıblar.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri – 22 yaşlı Vüqar Məmmədov və 32 yaşlı Ceyhun Bəylərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.