Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarına verilən məlumata əsasən, ərazidə vətəndaşlardan birinin mobil telefonu soyğunçuluq yolu ilə talanıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Astara rayon sakini Tohid Məmmədov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.