Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli uşaq bağçasında qeydə alınıb. Ümumi sahəsi 250 kv.m olan mətbəxdə elektrik kabelləri, pəncərə çərçivəsi və soyuducu qismən yanıb. Həmçinin yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 8 kv.m sahədə əriyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Bağça yanğından mühafizə olunub. Yanğın söndürülüb.