Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində baş verib. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.