Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın 4-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzilin mətbəxində tavan 6 kv.m sahədə, mebel 4 kv.m sahədə, həmçinin qapı və 4 ədəd məişət avadanlığı yanıb. Nəticədə 8 nəfər təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.