Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun M.Sübhi küçəsində baş verib. Ümumi sahəsi 390 kv.m olan ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində mənzilin dam örtüyü 191 kv.m sahədə alışıb. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.