Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma birmərtəbəli yaşayış evində qeydə alınıb. Nəticədə ümumi sahəsi 22 kv.m olan evin mətbəxində mebel 1 kv.m sahədə, eləcə də paltaryuyan və qaz sobası yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 2 kv.m sahədə əriyib. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.