Yasamal rayonunda yaşlı kişini maşın vurub. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Şəfayət Mehdiyev küçəsində baş verib. Avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçən 74 yaşlı Bakı şəhər sakini Həsənağa Bayramovu nəqliyyat vastiəsi vurub. Nəticədə piyada xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.