Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə binanın 9-cu mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 1 dolab yanıb. Yanğın zamanı 14 nəfər bina sakini təxliyə olunub. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.