Bakının Yasamal rayonunda yerləşən yataqxanada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 24 kv.m olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 16 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.