Bakının Yasamal rayonunda ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
15 yaşlı Tunar Bayramovu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Oğlan yerindəcə keçinib.
Onun Biləsuvarın Ağalıkənd kəndi sakini olduğu bildirilir. Fakt araşdırılır.