Bakının Yasamal rayonunda yerləşən birmərtəbəli evdə yanğın olub. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin hamam otağında lambirdən ibarət tavan 2 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.