Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
35 yaşlı Tahir Zeynalov gecə saatlarında avtomobil yolunu keçmək istəyib. O, dəmir arakəsməni keçərək yolun qarşı tərəfinə doğru hərəkət edən zaman onu maşın vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
T.Zeynalov “Sabah kursları”nda müəllim vəzifəsində çalışırdı. O, doğulduğu Neftçala rayonu, Xolqarabucaq kəndində torpağa tapşırılıb.