Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qadına qarşı zorakılıq edilib. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, Bakı şəhər sakini, əvvəllər narkotik üstündə məhkum olunmuş Orxan İskəndərov maska geyinərək həmyerlisi olan qadına zor tətbiq edib onun içərisində 3000 AZN olan çantasını oğurlayaraq qaçmaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.