Bakının Suraxanı rayonunda motosikletçi qəzaya uğrayıb. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 21 yaşlı Məhəmməd Kərimov idarə etdiyi motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.