Suraxanı rayonunda ağır qəza baş verib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Hadisə rayonun Yeni Günəşli qəsəbəsində baş verib. Motosiklet kəsişməyə daxil olan zaman digər yolla gələn “Chevrolet” markalı avtomobil onu vurub. Nəticədə maşın motosikletçini bir neçə metr sürükləyib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə anı videolentə alınıb:
[video width="640" height="360" mp4="https://bakuplus.az/storage/photos/2023/06/360p.mp4"][/video]