Paytaxtın Suraxanı rayonunda velosiped oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yeni Günəşli qəsəbə sakini S.Məhərrəmov adıçəkilən qəsəbə ərazisində yerləşən evlərin birinin girişindən velosiped oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmaya başlanılıb.