Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Chevrolet” markalı avtomobildən 38.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri – 30 yaşlı T. Mehrəliyev və Z. Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.