Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, qəsəbə ərazisində bir qadının çantasından sənəd və bank kartı oğurlanıb.
Keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Said Göyçayev saxlanılıb. Baxış zamanı onun üzərində heroin aşkarlanıb.
Araşdırmalar aparılandan sonra məlum olub ki, o, müxtəlif vaxtlarda bir qadının çantasından pul, sənəd və bank kartları, bir nəfərin isə mobil telefonunu oğurlayıb.