Suraxanı rayonunda evdən oğurluq edilib. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Yeni Suraxanı qəsəbəsində baş verib. H.Bağırov evlərin birindən 12.100 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.