Suraxanı rayonunda asfaltlanma işləri davam edir. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Yenidənqurma işləri adıçəkilən rayonun Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində aparılıb. İşlər çərçivəsində ümumilikdə 1520 kv.m sahədə asfalt örtüyü salınır.
Rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.