Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində hərbi sursat tapılıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə 1 ədəd “RQO” əl qumbarası aşkarlanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Onlar qumbaranı təhlükəsiz əraziyə aparıblar.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.