Bakıda silsilə oğurluqlar edən şəxslər tutulublar. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yevlax rayon sakinləri, əvvəllər soyğunçuluq və quldurluğa görə məhkum olunmuş Rəfail Bəkirov və yeniyetmə qardaşı Bakı Metropolitenində və Səbail rayonu ərazisində 6 qadının ciblərindən və çantalarından mobil telefonlar oğurlayıblar.
Onlar saxlanılaraq barələrində araşdırmaya başlanılıb.