Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 30 may tarixində Report məlumat verib.
49 yaşlı Sirac Quliyev yolu keçərkən onu avtomobil vurub. Kişi müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.