Xətai rayonu, Zığ qəsəbəsində tikinti işləri zamanı baş verən qəza nəticəsində ərazidə olan işçilər xəsarət alıb. Bu haqda Haqqın.az məlumat verib.
İlkin məlumata əsasən, işçilərin üzərinə metal konstruksiya çöküb. İşçilərdən üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalanlara isə yerindəcə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.