Bakının Suraxanı rayonu, Zığ qəsəbə sakini İ.İbrahimovdan heroin və elektron tərəzi götürülüb. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Əməkdaşların əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində ondan 6 qram, evinə baxış zamanı isə 115 qramdan artıq heroin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.