Bakıda 49 yaşlı qadın faciəvi şəkildə ölüb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə Yasamal rayonunda baş verib. Zərdab şəhər sakini Zülfiyyə Namazova yaşadığı Yeni Yasamal, ev 5, mənzil 87-nin hamamında dəm qazından boğulub.
Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.