Paytaxtın Xətai rayonu, Zığ yolunda ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı sakini Y.Quliyev “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Telman Dünyamalıyevi vurub. Piyada xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.