Paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ərazidə “Nissan” və “Prius” markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_86559" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]