İyulun 12-də Zabrat-Məhəmmədi yolunda baş vermiş qəzada xəsarət alan şəxs dünyasını dəyişib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
"Kia Rio" markalı avtomobillə "Chevrolet Epica"nın toqquşmasından sonra xəstəxanaya yerləşdirilən 45 yaşlı sərnişin Elnur Əsgərov ötən gün tibb müəssisəsində vəfat edib.
Araşdırma davam etdirilir.