Sabunçu rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Zabrat–Maştağa şosesində baş verib. Hələlik şəxsiyyəti məlum olmayan 55-60 yaşlarında kişi yolun əks tərəfinə keçmək istəyərkən onu “Mercedes” markalı nəqliyyat vasitəsi vurub.
Nəticədə piyada komatoz vəziyyətdə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.