Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qəza Zabrat qəsəbəsində qeydə alınıb. 63 yaşlı Sevda Əliyevanı yolu keçən zaman avtomobil vurub. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.