Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
48 yaşlı Mətanət Tarverdiyeva yolu keçən zaman onu minik avtomobili vurub. Nəticədə qadın xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.