Sabunçu rayonunda optik internet kabeli oğurlanıb. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Ordubad rayon sakini R.Vəliquliyev və Bakı şəhər sakini V.Şərifov şirkətlərdən birinə məxsus 15.000 AZN dəyərində optik internet kabeli və 2 ədəd barabanı oğurlamaqda şübhəli bilinərək tutulublar.
Faktla bağlı araşdırma aparılır.