Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Ağayev saxlanılıb.
O, müxtəlif vaxtlarda 2 evdən ümumi dəyəri 2600 manatdan artıq olan tikinti materialları və elektrik naqili oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.